Raydell Pupon “Qarabağ”ı hədələdi

“Qarabağ”ın hücumçusu Raydell Pupon komandadan ayrıldığı barədə xəbərlərə münasibət bildirib. Allsport.az xəbər verir ki, hollandiyalı futbolçu ölkəsindən olan jurnalistlərə bunları söyləyib:

“Qarabağ”dan ayrıldığım barədə xəbərlərə bir qədər təəccübləndim. Azərbaycanda niyə belə yazdıqlarını bilmirəm. Mən bu klubdakı çıxışımı davam etdirirəm. İndi komanda istirahətdədir. Amma yanvarın 5-dən Antalyada hazırlığa başlayacağıq və mən də klubun düşərgəsinə qoşulacağam”.

Puponun sözlərinə görə, “Qarabağ”da elə də çox oynamaq şansı qazanmasa da, getmək barədə düşünmür: “Mənim klubla müqaviləm var. Bu mövsüm hələ ki, çox oynamamışam. Bu il keçirdiyimiz son oyunda isə meydandan qovuldum. Halbuki, ikinci hissədə meydana çıxmışdım. Klubdan gedəcəyim barədə xəbərlərə gəlincə, bu barədə heç bir söhbətimiz olmayıb. Bu üzdən başqa klublarla da gələcəyim barədə hansısa müzakirə aparmamışam”.

Hollandiyalı futbolçu daha sonra bunları söyləyib: “Klubun məni sıralarından xaric edəcəyini düşünmürəm. “Qarabağ”dan ayrılmağım yayda daha çox mümkündür. Çünki həmin vaxt müqavilənin müddəti başa çatacaq. Klub rəhbərliyi bu barədə nə mənə, nə də menecerimə hansısa bir söz deyib. Yox, müqaviləni ləğv etmək istəsələr, buna görə böyük məbləğdə pul ödəməli olacaqlar”.

Həmin kateqoriyadan