Roberto Bordin: “İstefa” qışqıranlar öyrədilmiş adamlardır

“Neftçi” premyer liqanın ilk turunda öz meydanında “Sabah”la 1:1 etdi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra mətbuat konfransında ev sahibinin baş məşqçisi Roberto Bordin bunu dedi:

“Futbolçularımız səviyyələrindən aşağı oynadılar. Mövqelər üzrə dəyişikliyi müzakirə edib dəyişiklər edəcəyik. Deməzdim ki, komandada psixoloji problem var. Sadəcə, bu gün alınmadı. Çempionat təzə başlayır. Hər şey öndədir.

Stadionda “istefa” qışqırdılar. Bunu mənə dərhal tərcümə etdilər. Amma bu, qol vurulmazdan əvvəl baş verdi. Məncə, kənardan “istefa” qışqıranlar öyrədilmiş adamlardır. Onlar əsl “Neftçi” azarkeşləri deyildilər. Əsl “Neftçi” azarkeşləri ilk dəqiqədən sonadək komandanın yanında olur”.

Həmin kateqoriyadan