Rostislav Pevtsov Dünya Kubokunun gümüşünü qazandı

Azərbaycanın Triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Çenqduda (Çin) keçirilən Dünya Kubokunun gümüş medalını qazanıb. Allsport.az xəbər verir ki, o, həmçinin Olimpiya Oyunlarına vəsiqə almaq üçün öz aktivinə reytinq balları da yazıb.

Xatırladaq ki, bu, idmançının ilk belə uğuru deyil. Ötən il o, Meksikada Panamerika Kubkonun gümüş medalını, Asiya Kuboku və Macarıstanda keçirilmiş Dünya Kubokunda 2-ci olub. Çarı mövsümdə Pevtsov Misirin Hurgada şəhərində keçirilən Açıq Afrika Kubokunun qızıl medalını qazanıb.

Həmin kateqoriyadan