Rövnəq Abdullayev FİFA prezidenti ilə görüşüb

Bu gün FIFA-nın İsveçrənin Sürix şəhərində yerləşən mənzil-qərargahında AFFA-nın prezidenti Rövnəq Abdullayev və FIFA-dan olan həmkarı Canni İnfantino görüb.

Allport.az saytı xəbər verir ki, toplantıda Azərbaycanda futbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə FIFA rəhbərliyinə ətraflı məlumat verilib, tərəflər arasında mövcud olan səmərəli əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak ediblər.

Həmin kateqoriyadan