- Baxış sayı: 36
- 09 Avqust 2026 17:15
- Baxış sayı: 221
- Avqust 05, 2026
- 0

Almaniyanın Şimal-Şərq Regional Liqasında 18-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası – “Germaniya Halberştadt” klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Şenberq”lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Rüfət bu matçın 46-cı dəqiqəsində meydana çıxsa da, komandasına heç nə ilə kömək edə bilməyib.
Qeyd edək ki, Dadaşovun komandası 5 xalla 18 klub arasında sonuncu pillədə qərarlaşıb.