Gimnastika üzrə qaliblər

Gimnastika üzrə qaliblər

10–12 sentyabrda Bakı olimpiya idman kompleksində bədii gimnastika üzrə yarış keçirilib. Allsport.az xəbər verir ki, 3 gün davam edən yarışda müxtəlif yaş kateqoriyalarından olan gimnastlar bacarıqlarını nümayiş etdiriblər.

Yarışın son günündə 2014–2015-ci il təvəllüdlü yeniyetmələr iki qrup üzrə bir alət proqramında çıxış ediblər. Sonra bu yaş kateqoriyasında çoxnövçülük proqramının qalibləri mükafatlandırılıblar.

2011–2012-ci il təvəllüdlü gənc gimnastlar da bir alət proqramında mübarizə aparıblar. Bu kateqoriyada çoxnövçülük üzrə fərqlənən idmançılara medal və diplomlar təqdim olunub.

Günün ikinci yarısında qrup hərəkətləri üzrə yarışlara start verilib. 2016–2018-ci il təvəllüdlü balaca gimnastlar topla, 2013–2015-ci il təvəllüdlü yeniyetmələr isə lentlə çıxış ediblər.

Sonda hər iki yaş kateqoriyasında çoxnövçülük proqramı üzrə qaliblər mükafatlandırılıblar.

Həmin kateqoriyadan