Niderland vizaları hələ hazır deyil

Niderland vizaları hələ hazır deyil

Rusiyalı idmançılar Rotterdamda keçiriləcək idman gimnastikası üzrə dünya çempionatında iştirak üçün hələ viza ala bilməyiblər.

Allsport.az xəbər verir ki, milli komandanın üzvləri Niderlandın viza mərkəzinə tələb olunan sənədləri təqdim ediblər.

Komandanın oktyabrın 11-də yola düşməsi planlaşdırılır və vizaların rəsmiləşdirilməsi üçün dörd tam iş günü qalıb.

Rusiya gimnastika federasiyası dünya çempionatının rəşkilat komitəsi, beynəlxalq gimnastika federasiyası (Vorld gymnastics) və Rusiya xarici işlər nazirliyi ilə viza məsələsinin həlli üçün əlaqə saxlayır.

İdman gimnastikası üzrə dünya çempionatı oktyabrın 17-dən 25-dək Rotterdamda keçiriləcək.

Həmin kateqoriyadan