- Baxış sayı: 107
- 13 Sentyabr 2026 21:49
- Baxış sayı: 201
- Sentyabr 13, 2026
- 0

Azərbaycan gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov idman aerobikası üzrə dünya çempionatındakı uğurlu çıxışlarından sonra vətənə qayıdıblar.
Allsport.az xəbər verir ki, idmançıları Heydər Əliyev beynəlxalq hava limanında yaxınları, federasiya və media nümayəndələri qarşılayıblar.
Ölkəmizi qarışıq cütlük proqramında təmsil edən Mədinə Mustafayeva və Vladimir Dolmatov final mərhələsində inamlı çıxış nümayiş etdirərək cəmi 0,1 xal fərqlə gümüş medalın sahibi olublar.
Avropa çempionu olan cütlüyümüz təsnifat mərhələsində 19.050 xal toplayaraq finala yüksəlib. Finaldakı çıxışlarının nəticəsinə əsasən gimnastlarımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar.
Dünyanın ən güclü aerobika gimnastlarını bir araya gətirən mötəbər yarışda 38 ölkədən 350-dən çox gimnast mübarizə aparıb.