Dünya çempionatının finalında

Dünya çempionatının finalında

Allsport.az xəbər verir ki, Azərbaycanın akrobatika gimnastları İtaliyanın Pezaro şəhərində keçirilən dünya çempionatının ilk təsnifat günündə dünya kubokunun qızıl mükafatçıları olan qadın kollektivi temp hərəkətləri proqramında 28,330 xal toplayaraq birinci pillədən finala adlayıb.

Dünya oyunlarının gümüş medalçıları Murad Rəfiyev və Daniel Abbasovdan ibarət cütlük isə balans proqramında 28,550 xal yığıb. İdmançılar ilkin mərhələni 3-cü sırada başa vuraraq həlledici raundda iştirak hüququ əldə ediblər.

Seymur Cəfərov – Rəsul Seyidli tandemi temp hərəkətlərində 26,200 xal, qarışıq proqramda isə 51,850 xal göstərici ilə adını finallaçılar sırasına yazdırıb.

Həmin kateqoriyadan