“O, ən güclülərin zirvəsindədir”

“O, ən güclülərin zirvəsindədir”

2-qat olimpiya çempionu Vyaçeslav Fetisov idman gimnastikası üzrə Avropa çempionatında Anqelina Melnikovanın qızıl medal qazanmasını şərh edib.

Allsport.az xəbər verir ki, 26 yaşlı rusiyalı gimnast karyerasında ilk dəfə Avropa çempionatının şəxsi çoxnövçülük yarışında qalib olub.

Fetisov Melnikovanın çıxışını yüksək qiymətləndirib:

“Anqelina əladır. Onun arxasınca gələn gənc nəsil də var. İdman gimnastikası bütün bu müddət ərzində fəaliyyətini davam etdirib. Bu, konsentrasiya tələb edən çətin idman növüdür. Bütün bu proseslərə baxmayaraq federasiya işini davam etdirib, milli komanda bir dəqiqə belə fəaliyyətini dayandırmayıb. Ona görə də bu uğura sevinə və məşqçilər heyətini, bütün komandanı təbrik edə bilərik.

Ekspertlərin fikirləri ilə razıyam: Melnikova Rusiyanın ən yaxşı idmançıları sırasında yer alır, o, ən güclülərin zirvəsindədir”.

Yarışın başlamasına bir neçə gün qalmış Xorvatiya səfirliyi Melnikova üçün viza verməkdən imtina etsə də, sonradan onun ölkəyə girişinə icazə verilib.

Həmin kateqoriyadan