“Səbəblərdən biri də budur”

Bu gün paytaxtda atıcılıq üzrə dünya kuboku başladı. Allsport.az saytı xəbər verir ki, yarışın açılışından sonra, gənclər və idman naziri Fərid Qayıbov brifinq keçirdi. O, yarışlarına ötən il 60 ölkədən qatıldığını, bu səfər sayın 66-ıya yüksəldiyini dedi:

“Yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan atıcılıq federasiyasına təşəkkürümü bildirirəm. Dünya çempionatının Azərbaycana həvalə edilməsinin səbəblərindən biri də budur. Avqustda keçiriləcək dünya çempionatı Paris-2024-ə lisenziya verəcək.

Bu turnirlər ümummilli lider Heydər Əliyevin 100-illik yubileyi ilində keçirilir. Simvolik haldır ki, olimpiadada güllə atıcılığı üzrə yeganə qızıl medalımız məhz onun prezidentliyi dövrünə təsadüf edib”.

Həmin kateqoriyadan