“Səbail” – “Universitatya Krayova” görüşü ona tapşırılıb

Avropa liqasının 1-ci təsnifatında “Səbail” – “Universitatya Krayova” (Rumıniya) oyununa hakim təyinatları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, görüşü Finlandiyadan olan briqada idarə edəcək.

Matçın baş fit sahibi Ville Nevalaynen olacaq. Ona Mikko Alakare və Mika Lamppu kömək edəcəklər. 4-cü referi funksiyasını Atte Jussila yerinə yetirəcək.

“ASCO arena”da keçiriləcək oyun iyunun 11-də saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan