- Baxış sayı: 22
- 03 Noyabr 2026 17:09
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“River Pleyt”in hücumameyilli yarımmüdafiəçisi Klaudio Eçeverri “Mançester Siti”yə keçib.
Allsport.az xəbər verir ki, premyer liqa klubunun saytında yer alan xəbərə görə, tərəflər arasında 2028-ci ilin iyun ayına qədər müqavilə imzalanıb.
Sözləşmənin şərtlərinə görə, yanvarda 18 yaşı tamam olan Eçeverri “şəhərlilər”ə keçməzdən əvvəl 1 il “River Pleyt”də qalacaq. Transfer 16 milyon dollar dəyərində qiymətləndirilir.