“Sabah”da 11 oyunluq zolağa son

“Sabah”da 11 oyunluq zolağa son

“Sabah” səfərdəki qələbəsiz oyunlar seriyasına son qoyub. Allsport.az xəbər verir ki, ardıcıl 11 dəfə rəqib meydanlarında qalib gəlməyən paytaxt klubu premyer liqanın 10-cu turunun “Qəbələ” ilə görüşündə 3 xal qazanıb – 2:1.

Bunadək bakılıların son səfər qələbəsi fevralın 2-nə təsadüf edib. “Zirə”nin meydanında 2 cavabsız qola sevinən “Sabah” sonrakı 11 oyunda 4 heç-heçə edib və 7 dəfə uduzub.


274 günlük seriyanın qırılması həm də paytaxt klubunun premyer liqada 5-ci səfər qələbəsi kimi tarixə düşüb. “Sabah” əvvəlki 19 qarşılaşmada 4 dəfə üç xal əldə edib.

Həmin kateqoriyadan