“Sabah”ın baş məşqçisi hesabı ədalətli sayıb

Premyer liqanın 3-cü turunda “Zirə” – “Sabah” (1:1) matçından sonra mətbuat konfransında qonaqların baş məşqçisi Elşad Əhmədov iştirak edib. Allsport.az saytı xəbər verir ki, o, hesabı ədalətli sayıb: 

“Maraqlı oyun keçdi. İlk hissədə yaxşı oynadıq. Bir neçə qol fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Qol epizodlarını dəyərləndirə bilsəydik, bəlkə də, nəticə başqa cür olardı. Fasilədən sonra isə rəqib üstünlüyü ələ aldı. Fikrimcə, hesab oyuna görə oldu”.

Həmin kateqoriyadan