- Baxış sayı: 6
- 08 Noyabr 2026 20:55
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Əsgər Abdullayev “Neftçi”də irəliləyişə nail olub. Komandada ciddi intizam yaradıb. Ona “sağ ol” deyirəm. Hər iki kollektiv çalışdı, 1 dəfə fərqləndi. Fikrimcə, oyunun ədalətli nəticəsi elə 1:1 idi.
Liderlərdən elə də aralanmamışıq. Qış fasiləsində daha da yaxşı hazırlaşıb, mükafatlar uğrunda mübarizəmizi davam etdirəcəyik”.