Şahin Diniyev: “Onların yoxluğu bizə problemlər yaradacaq”

Topaz Premyer Liqasının 15-ci turunda “Kəpəz” səfərdə “Sumqayıt”ın qonağı olacaq. Allsport.az xəbər verir ki, qarşıdakı matç öncəsi “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klub saytına oyunla bağlı fikirlərini bölüşüb:

“Komandaları çətin və prinsipial oyun gözləyir. Bizim itkilərimiz də var. Bildiyiniz kimi, Rəşad Eyyubov cəza, Tural Nərimanovla Dario Federiko isə zədə səbəbindən “Kəpəz”ə kömək edə bilməyəcək. Onların yoxluğu bizə problemlər yaradacaq. Ancaq bunlar səbəb olmamalıdır. Meydana çıxıb mübarizə aparmalıyıq. “Sumqayıt” sürətli futbol oynayan komandalardan biridir. Onlara qarşı oynamaq həmişə çox çətin olub. Cari mövsümdə iddialılardan xal alıblar. “Qarabağ”ı udublar, “Qəbələ” ilə heç-heçə oynayıblar. Bir sözlə, çətin rəqibdirlər”.

Həmin kateqoriyadan