Samir Abasov: “Bu cür itkilərlə oynamaq çox çətindir”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Neftçi” ilə oyuna baxdıqda, bu dəfə fərqli oynadıq. Beş əsas oyunçumuz meydana çıxa bilməmişdi. Bu cür itkilərlə oynamaq çox çətindir. Təəssüf ki, erkən qoldan sonra yaratdığımız epizodlardan yararlana bilmədik. Oyundan tam razıyam”.

Həmin kateqoriyadan