Samir Abasov “Rəvan”la heç-heçəni şərh etdi

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “Rəvan”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 3:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Oyuna istədiyimiz kimi başladıq. Debütdə qol da vurduq. Ancaq müdafiədəki və qapı xəttindəki problemlər özünü büruzə verdi. Təəssüf ki, bu yöndə dəyişikliklər edə bilmirik. Nə yeni oyunçu ala bilirik, nə də çatışmazlıqları aradan qaldırmağa nail oluruq. Bilmirəm necə olacaq”.

Həmin kateqoriyadan