“Şattl Taym Azərbaycan” layihəsi Qaxda

“Şattl Taym Azərbaycan-2022” layihəsi tam sürətlə davam edir. Allsport.az saytı xəbər verir ki, bu dəfə ünvanı Qax şəhəri olub.

Beynəlxalq sertifikatlı məşqçi heyəti şagirdlərə həm badminton haqqında məlumat verib, həm də praktiki məşğələlər həyata keçiriblər. İnteraktiv və əyləncəli badminton oyunlarının keçirildiyi tədbirin sonunda iştirakçılara badminton ləvazimatları da hədiyyə edildi.

Bu layihə Dünya badminton federasiyası, Avropa badminton konfederasiyası, milli olimpiya komitəsi, gənclər və idman nazirliyi, elm və təhsil nazirliyinin dəstəyi ilə icra olunur.

Həmin kateqoriyadan