“Sevilya” azarkeşləri dünyalarını dəyişdilər

“Sevilya”nın 3 azarkeşi “Atletiko Madrid”lə kral kubokunun 1/4 final matçı üçün Madridə gedərkən yol qəzasında həlak olub.

Allsport.az xəbər verir ki, azarkeşlərin ölümü ilə bağlı rəsmi internet saytında başsağlığı verən İspaniya klubu məlumat yayıb. Faciə cümə axşamı səhər İspaniyanın paytaxtına gedən yolda baş verib.

Həlak olan azarkeşlərin xatirəsinə “Sevilya”nın futbolçuları “Atletiko” oyunu zamanı qollarına qara sarğı taxacaqlar. Bundan əlavə, matçdan əvvəl bir dəqiqəlik sükut elan olunacaq.

Həmin kateqoriyadan