- Baxış sayı: 18
- 06 Avqust 2026 22:58
- Baxış sayı: 185
- Avqust 05, 2026
- 0
“Qəbələ”nin Futbol Akademiyasının rəhbəri Stenli Brard klubla yeni müqavilə imzalamayacaq. Allsport.az xəbər verir ki, hollandiyalı mütəxəssis Yaponiyanın “Naqoya Qrampus” klubundan təklif alıb.
Sözügedən klub onu idman direktoru vəzifəsinə dəvət edir. Brard bu klubda 2016-cı ilin əvvəlindən işləməyə başlayacaq. Çünki onun “Qəbələ” ilə 2,5 illik müqaviləsinin müddəti bu ayın sonunda başa çatacaq.
Brardın gedəcəyini “Qəbələ”nin idman direktoru Toni Adams da təsdiqləyib: “O, “Qəbələ”də böyük iş görüb. Biz istəyərdik ki, o bizdə də 10 ilə yaxın qalsın. Çünki Stenli bu işin ən yaxşı mütəxəssisidir”.