“Sumqayıt” – 100

Azərbaycan premyer liqasının XVIII turunda “Səbail”lə qarşılaşan “Sumqayıt” yubiley qələbəsini qazanıb.

Allsport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi premyer liqada 100-cü dəfə qalib gəlib.

1:0 hesablı qələbə Sumqayıtın eyniadlı təmsilçisinin 382-ci matçı olub. 2011-ci ildən premyer liqada oynayan komanda 62 dəfə evdə, 38 dəfə səfərdə üç xal qazanıb.

“Kimyaçılar”ın ilk uğuru 2011/12 mövsümündə qeydə alınıb. 2011-ci il oktyabrın 30-da AZAL-ı qəbul edən “Gənclik şəhəri” təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Sumqayıt” ölkə çempionatları tarixində 100 və daha çox qələbə əldə edən 12-ci komandadır.

Həmin kateqoriyadan