“Sumqayıt” qış fasiləsində hara yollanacaq?

“Sumqayıt”ın Azərbaycan premyer liqasının 3-cü dövrəsi üçün hazırlıq planları bəlli olub.

Allsport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi dekabrın 23-də baş tutacaq “Səbail”lə oyundan sonra istirahətə buraxılacaq.

Yeni ilin yanvar ayının 3-də Sumqayıtda toplaşacaq futbolçular hazırlıqlara doğma şəhərdə start verəcəklər. Üç gün davam edəcək məşqlərin ardınca komandamız Türkiyənin Antalya şəhərinə yollanacaq.

Yanvarın 6-dan 17-dək Lara bölgəsində yerləşən “Concorde Deluxe” otelində məskunlaşacaq “Sumqayıt” bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. 8, 12 və 16 yanvar tarixlərində keçiriləcək qarşılaşmalarda rəqiblərin kimliyi hələ dəqiqləşməyib.

Həmin kateqoriyadan