“Sumqayıt” “Rəvan”la, “Qəbələ” “Qarabağ”la “sülh bağladı”

Bu gün Topaz Premyer Liqasında 18-ci tura start verilib. Allsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Öncə “Sumqayıt” “Rəvan”la münasibətlərinə aydınlıq gətirib. Sumqayıtlılar iki dəfə hesabda önə keçdikləri oyunda az qala xal qazana bilməyəcəkdilər. Amma “aslanlar” da azlıqda qalan rəqiblə oyunda qələbəni son anda əldən veriblər və görüş sülhlə bitib.

Günün digər oyununda isə son çempion və lider “Qarabağ” doğma meydanda əsas rəqiblərindən biri – “Qəbələ” ilə üz-üzə gəlib. Hesabı erkən qola imza atan qonaqlar açıblar. Lakin ikinci yarıda ağdamlılar bərabərlik qoluna imza ata biliblər. Nəticədə, bu oyun da heç-heçə başa çatıb.

Topaz Premyer Liqası
18-ci tur

19 dekabr (şənbə)

“Sumqayıt” – “Rəvan” – 3:3 (2:2)
Qollar: A.Yunanov, 13 (1:0). Ş.Suma, 27 (1:1). A.Yunanov, 34 (2:1). R.Tağızadə, 35 (2:2). R.Abbasov, 76-pen. (2:3). M.Rəhimov, 90+5 (3:3).
Qırmızı vərəqə: E.Mehdiyev, 74.
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, İsgəndər Əliyev.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Xəlil Xəlilov.
Sumqayıt. “Kapital Bank Arena”.

“Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 10. Uğur Pamuk, 13. Murad Ağayev, 18. Aleksandr Çertoqanov, 29. Amil Yunanov, 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Nuran Qurbanov, 9. Mirzağa Hüseynpur, 14. Bəxtiyar Həsənalızadə, 22. Tofiq Mikayılov, 24. Amit Quluzadə, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.
“Rəvan”: 32. Konstantin Maxnovski, 11. Şeriff Suma, 21. Novruz Məmmədov, 19. Tural Qürbətov, 17. Ramazan Abbasov (k), 8. Məmməd Quliyev, 13. Cəmşid Məhərrəmov, 92. Yamin Ağakərimzadə, 2. Ruslan Tağızadə, 6. Vüqar Bəybalayev, 4. Kənan Müslümov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 38. Zeki Sinan Akkoyun, 20. Kənan Manafov, 39. Əlibəy Məmmədli, 55. Hüseyn Axundov, 7. Elvin Həsənəliyev, 15. Ceyhun Abdullayev.
Baş məşqçi: Bəhmən Həsənov.

“Qarabağ” – “Qəbələ” – 1:1 (0:1)
Qollar: E.Zets, 4 (0:1). Ə.İsmayılov, 79 (1:1).
Matçın 69-cu dəqiqəsində Dodo penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Migel Madera, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 6. Vüqar Mustafayev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 70. Çumbinyo, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.
“Qəbələ”: 1. Andrey Popoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 7. Ermin Zets, 10. Dodo (k), 19. Aleksey Qay, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 44. Rafael Santos, 69. Aleksey Antonov, 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 9. Sergey Zenyov, 25. Qismət Alıyev, 32. Fakundo Pereyra, 70. Vaqif Cavadov.
Baş məşqçi: Roman Qriqorçuk.

Turun digər oyunları: 20 dekabr (14:00. “Kəpəz” – “Neftçi”, 15:00. AzAL – “Zirə”, 16:30. “İnter” – “Xəzər Lənkəran”).

Bombardirlər:
7
– Riçard Almeyda (“Qarabağ”).
6 – Ruslan Qurbanov (“Neftçi”), Aleksey Antonov (“Qəbələ”), Amil Yunanov (“Sumqayıt”).

Həmin kateqoriyadan