“Sumqayıt” “Zirə”yə, “Qarabağ” “Xəzər Lənkəran”a qalib gəldi

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 20-ci turun daha iki oyunu keçirilib. Allsport.az xəbər verir ki, bu gün baş tutan görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

Əvəzedicilərin çempionatı
20-ci tur
5 fevral

“Sumqayıt” – “Zirə” – 1:0
Qol: Bayram Nuruzadə, 82.

“Qarabağ” – “Xəzər Lənkəran” – 4:0
Qollar: Eltun Turabov, 15. Fuad Kərimli, 21. Elmir Namazov, 30; 32.

Həmin kateqoriyadan