Kaxaber Sxadadze: “Çox yaxşı qolllar vurduq”

“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri cavab oyununu şərh edib. Allsport.az xəbər verir ki, “bankçılar”ın gürcü çalışdırıcısı 3:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Komandamı təbrik edirəm. Bizim əsas məqsədimiz mərhələ adlamaq idi. Bunu bacardıq və şadıq. Oyuna gəldikdə, biz bu gün yaxşı mübarizə apardıq, çox yaxşı qolllar vurduq. Düşünürəm ki, yaxşı futbol sərgilədik”.

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda “İnter” “Xəzər Lənkəran”a 2:0 hesabıyla qalib gəlmişdi.

Həmin kateqoriyadan