Təbriz derbisində qalib bəlli olmadı

İran çempionatında 17-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da növbəti matçlarına çıxıb.

Hesabat turu Təbriz derbisi ilə yadda qalıb. Bu şəhəri təmsil edən “Traktorsazi” ilə “Göstəriş” üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Güney Azərbaycanı İran çempionatında təmsil edən Ənzəlinin “Malavan” klubu da turu 1 xalla başa vurub. Bu komanda isə evdə “İstiqlal”la sülhə razılaşıb – 2:2.

Qeyd edək ki, “Traktorsazi” hazırda 26 xalla 7-ci pillədə qərarlaşıb. “Göstəriş” 22 xalla 10-cu, “Malavan” isə 18 xalla 11-cidir.

Həmin kateqoriyadan