Tərlan Əhmədov: “Belə hallar futbolun gözəlliyinə xələl gətirir”

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“İlk oyunda qol buraxmamışdıq. Hiss edirdim ki, cavab oyunu bizim üçün ağır keçəcək. İlk hissədə oyunçularımda həyəcan vardı. Mən fasilədə futbolçulardan xahiş etdim ki, meydançaya çıxıb gözəl oyun sərgiləsinlər. Cinahlardan oyun qurmağa çalışdıq. Amma Viktor İqbekoyinin olmaması hücumların sürətli qurulmasına mane oldu. Mən indiyə kimi hakimlik barədə danışmamışam. Əgər bir oyunçu oyunçunu söyüb 3 oyun cəza alırsa, hakimi söyən oyunçu da cəzalandırılmalıdır. Belə hallar futbolun gözəlliyinə xələl gətirir”.

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda hesab açılmamışdı.

Həmin kateqoriyadan