Təxirə salınmış görüşü Tovuz klubu qazandı

Təxirə salınmış görüşü Tovuz klubu qazandı

Bu gün premyer liqada XVIII turun bir oyunu keçirilib. Allsport.az xəbər verir ki, ötən gündən təxirə salınmış matçda “Turan Tovuz” və “Araz-Naxçıvan” üz-üzə gəliblər. Görüş meydan sahiblərinin 3:1 qələbəsi ilə yekunlaşıb.

Saat 12:00-da başlanan görüş 81-ci dəqiqədən davam edib. 89-cu dəqiqədə Ayxan Huseynov fərqlənib. “Göylər” bu nəticədən sonra xallarının sayını 22-ə çatdırıb və “Sabah”la birlikdə 6-7-ci yerləri bölüşdürür. Naxçıvan klubu 26 xalla 5-cidir.

Xatırladaq ki, matç ötən gün işıq dirəklərinin birinin aşması nəticəsində təxirə salınmışdı.

Həmin kateqoriyadan