“Tovuzda futbol adına hər şey var”

Premyer liqanın 18-ci turunda “Araz-Naxçıvan” səfərdə “Turan Tovuz”a 1:3 hesabı ilə məğlub olub. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Azər Bağırov oyun haqda danışıb:

“Oyun maraqlı keçdi. Futbol adına hər şey oldu. Şükürlər olsun ki, dünən baş verən xoşagəlməz hadisə zamanı heç kimə xətər dəymədi. Oyun haqda çox şey danışmaq istəmirəm. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Tovuzda futbol adına hər şey var.

Futbolçunu bu cür oyunlara kökləmək çətindi. Çünki güc, motivasiya 80 dəqədə bitir. Əgər fiziki güc tükənibsə, bədən beyinin verdiyi komandanı icra edə bilməyəcək”

Həmin kateqoriyadan