“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun aqibəti

PFL yarımçıq dayandırılan premyer liqanın 18-ci turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu ilə bağlı qərarı açıqlayıb.

Allsport.az xəbər verir ki, matçın təxirə salındığı və dekabrın 24-ü saat 12:00-da dayandırıldığı vaxtdan davam etdiriləcəyi bildirilib.

“Bu gün premyer liqanın XVIII turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşması 81-ci dəqiqədə güclü külək səbəbindən meydançanın işıq dirəyi aşdığına görə yarımçıq dayandırılıb. Peşəkar futbol liqası, hakimlər və klubların təcili iclasından sonra matçın 24 dekabr (sabah) saat 12:00-da dayandırıldığı dəqiqədən etibarən davam etdirilməsi qərara alınıb” – deyə açıqlamada qeyd olunub.

Həmin kateqoriyadan