“Ümid edirəm ki, İspaniya ilə matçda lazım olan nəticəni qazanacağıq”

Millimiz Avropa çempionatının final mərhələsində İspaniya futzalçılarına qarşı matç öncəsi son məqini keçirib. Allsport.az saytı xəbər verir ki, çalışmadan əvvəl baş məşqçi Joze Alesio da Silvanın iştirakı ilə mətbuat konfransı keçirilib:

“İspaniyanı hamı tanıyır. Bu komanda yalnız Avropa çempionatının deyil, hər zaman dünya çempionatının da favoritlərindəndir. Yaxşı oyunçulara malikdirlər. Bütün komponentlərdə – müdafiədə, hücumda, standart vəziyyətlərin icrası zamanı – təhlükəlidirlər.

Futzal elə oyundur ki, rəqib hər nə qədər favorit hesab olunsa da, nəticəni əvvəlcədən deyə bilməzsən. Özünə inamın varsa, məqsədinə də nail olacaqsan. Rövşən Hüseynli və Qallo bu görüşdə də bizə kömək edə bilməyəcəklər. Ümid edirəm ki, İspaniya ilə matçda lazım olan nəticəni qazanacağıq”.

Həmin kateqoriyadan