“Ümid edirəm ki, o, PSJ-də bizimlə qalacaq”

Allsport.az xəbər verir ki, PSJ-nin və Fransa millisinin müdafiəçisi Lukas Ernandes hücumçu Kilian Mbappenin Fransa klubunu tərk edə biləcəyi ilə bağlı fikirlərini bölüşüb:

“Düzünü desəm, biz bu məsələni məşqdə müzakirə etmirik. Bilirik ki, hamı Mbappedən nəsə gözləyir. Onu suallarla çox qıcıqlandırmaq istəmirik. O, özü, ailəsi və karyerası üçün ən yaxşı qərarı verməlidir.
Düşünürəm ki, o, düzgün qərar verəcək. Ümid edirəm ki, o, PSJ-də bizimlə qalacaq”.

Həmin kateqoriyadan