Vəli Qasımov: Qələbə qazanmaq istəyirdik

“Neftçi”nin baş məşqçisi Vəli Qasımov Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qəbələ”yə qarşı keçirdikləri ilk oyundan sonra fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən oyun barədə belə deyib:

“Fasilədən sonra daha yaxşı oynamağa başladıq. Erik Ramosun meydanın mərkəzində olmaması bizə xeyli çətinlik yaşatdı. Heyətlə bağlı rotasiyaya gəlincə, mən qapıçılara belə olacağını öncədən də demişdim. Aqil Məmmədov bu gün yaxşı oynadı. Bütövlükdə, oyundan danışsaq, bir qədər riskli oynadıq. Çünki qələbə qazanmaq istəyirdik”.

Həmin kateqoriyadan