FOTO
“Volan” klubu da tələbələri üçün darıxıb və operativ qərargahdan müjdə gözləyir

Son dönəmdə ölkəmizdə olimpiya növləri üzrə bir neçə klub fəaliyyətə başlayıb. Bunlardan biri “Volan” badminton klubudur. İdman ocağını 2017-ci ildə Orxan Qələndərov yaradıb. Orada həvəskar və peşəkar badminton məşqləri keçirilir. Klub texniki universitetin idman zalında fəaliyyət göstərir.

Təsisçinin özü əsas yığmanın üzvüdür, öncüllərindəndir. Klub rəhbəri allsport.az saytına deyib ki, koronavirus pandemiyası üzündən onların da işi xeyli müddətdir dayanıb. Ancaq onlar tələbələri üçün çox darıxıblar və səbirsizliklə operativ qərargahdan müjdə gözləyirlər.

Həmin kateqoriyadan