- Baxış sayı: 149
- 08 May 2026 23:17
- Baxış sayı: 218
- May 08, 2026
- 0

Niderland yığmasının keçmiş baş məşqçisi Lui van Qal prostat vəzi xərçəngindən sağalıb.
Allsport.az xəbər verir ki, 73 yaşlı mütəxəssis bu barədə özü danışıb:
“İki il əvvəl bir neçə dəfə əməliyyat olundum. Əvvəlcə hər şey pis idi, amma nəticədə yaxşılaşdım. Bir neçə aydan bir müayinədən keçirəm. Getdikcə özümü daha yaxşı hiss edirəm”.
Van Qal 2022-ci ilin aprelində onkoloji xəstəlikdən əziyyət çəkdiyini açıqlamışdı.