“Xəzər Lənkəran” Avropa Klublar Assosiasiyasının iclasında təmsil olunacaq

14-15 dekabr tarixlərində İspaniyanın Sevilya şəhərində Avropa Klublar Assosiasiyasının Hüquq Müşavirə Palatasının 2015-2017 dövrü üçün ilk iclası keçiriləcək. Allsport.az xəbər verir ki, iclasda futbol hüququnun gündəmdə olan əsas məsələləri və problemləri üzrə fikir mübadiləsi aparılacaq, Avropa Klublar Assosiasiyasının müxtəlif hüquqi məsələlərə dair fəaliyyəti ilə bağlı istiqamətlər müəyyənləşdiriləcək, həmçinin FIFA Mübahisələrin Həlli Palatası, Oyunçuların Statusu Komitəsi və CAS tərəfindən son dövrdə çıxarılan ən vacib qərarlar nəzərdən keçiriləcək.

İclasda “Xəzər Lənkəran” Futbol Klubunun xarici əlaqələr üzrə meneceri Ramil Cahangirov da iştirak edəcək.

Həmin kateqoriyadan