Xavi və həyat yoldaşı Barselonanın xəstəxanasına 1 milyon avro köçürüb

İspaniya millisinin və “Barselona”nın keçmiş futbolçusu Xavi Ernandes və həyat yoldaşı Nuriyə Kunilera ilə koronavirusla mübarizəyə 1 milyon avro ianə ediblər.

Allsport.az saytı xəbər verir ki, məbləğ Barselona şəhərində xəstəxanalardan birinin hesabına köçürüb. Maddi yardım tibbi avadanlıqların alınmasına sərf olunacaq.

Ulduz idmançı hazırda Qətərin “Əl Sadd” klubunun baş məşqçisidir.

Həmin kateqoriyadan