Xorvatiya və Lüksemburqa məğlubiyyət

Kişi voleybolçulardan ibarət Azərbaycan komandası Avropa gümüş liqasında növbəti oyununu keçirib. Allsport.az xəbər verir ki, milli Bakıda təşkil olunan ikinci tur çərçivəsində Lüksemburq seçməsi ilə üz-üzə gəlib.

GİN-in voleybol mərkəzində baş tutan oyun rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Yığma növbəti oyununu iyunun 15-də Macarıstana qarşı keçirəcək. Sabah isə Lüksemburq və Macarıstan kollektivləri üz-üzə gələcəklər.

Avropa gümüş liqası (kişilər)
II tur (Azərbaycan)
13 iyun
Lüksemburq – Azərbaycan 3:0 (25:20, 25:19, 25:21)

Qadın voleybolçulardan ibarət milli isə Avropa qızıl liqasında III tur çərçivəsində Xorvatiya yığması ilə qarşılaşıb.

Xorvatiyada baş tutan oyun ev sahibinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Avropa qızıl liqası (qadınlar)
13 iyun
III tur (Xorvatiya)
Azərbaycan – Xorvatiya 1:3 (25:19, 15:25, 17:25, 20:25)

Həmin kateqoriyadan