- Baxış sayı: 30
- 05 Avqust 2026 21:05
- Baxış sayı: 149
- Avqust 05, 2026
- 0

“Nyukasl” baş məşqçi postuna Mattias Yayssleni təyin edib.
Allsport.az xəbər verir ki, 38 yaşlı alman mütəxəssis 2023-cü ildən Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunu çalışdırırdı.
Yayssle yeni vəzifəsi ilə bağlı fikirlərini də bölüşüb:
“Nyukasl” kimi böyük tarixə və sadiq azarkeşlərə malik klubun baş məşqçisi olmaq mənim üçün böyük şərəfdir. Klubun ambisiyaları, gələcəyə baxışı və inkişafı məni bu layihəyə qoşulmağa həvəsləndirdi. Komandamın əsas xüsusiyyətləri birlik, gərgin əmək, yüksək intensivlik və hər gün inkişaf etmək istəyidir. Bütün gücümü klubun məqsədlərinə çatması üçün sərf edəcəyəm”.
Mattias Yayssle məşqçilik karyerası ərzində Avstriyanın “Zalsburq” və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klublarını çalışdırıb.