Yunis Hüseynov: “Rəqibə heç bir cəbhədə uduzmadıq”

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Oyun gərgin keçdi. İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə fərdi səhvlərdən qollar buraxdıq. İlk qoldan sonra açıq futbol sərgiləməyə başladıq və rəqib bundan istifadə etdi. Deməzdim ki, komandam aqressiv idi, əksinə rəqib daha aqressiv davrandı. Bizim komandamızda intizamsızlıq ola bilməz. Oyunun gedişində “Neftçi”nin bizdən güclü təsir bağışlaması hiss olunmurdu. Heyətdə problemlərimiz var. Rasim Ramaldanov, Kamran Abdullazadə iynə hesabına oyuna çıxmışdılar. Düşünürəm ki, bütün bunlara baxmayaraq, rəqibə heç bir cəbhədə uduzmadıq. Məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Məğlub olmağımızı istəməzdim. Futbolçular da bunu başa düşməlidirlər”.

Həmin kateqoriyadan