Zəfər kubokunun qalibləri

Azərbaycan atıcılıq federasiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər gününə həsr olunan atıcılıq turnirinə yekun vurulub.

Allsport.az xəbər verir ki, güllə və stend atıcılığı üzrə üç gün davam edən yarışlarda Nəsirova Nigar, Abbaslı Nəzrin, Pirməmmədova Sevgili, Lunyov Ruslan, Məmmədov Rəsul, Rəhimov Rəhim, Bayramova Jalə, Ramazanova Nigar, Əliyeva Nuranə, Tapdıqlı Üzeyir, Xəlilov Ramiz, Vəliyev İlkin, Sultanova Zeynəb, Barxalova Sofiya, Əliyeva Leyli, Kalmıkov Vladislav, Kerjankin Oleg, Musayev Hacı, Mustafayev Əli, Ağazadə Niyaz, Qurbanov Fuad, Cəfərova Nurlana, Nəcəfova Sevda, Meftaxetdinova Riqina, Mahmudov Hüseyn, Jemçujnikov Maksimus, Həbibli Məhəmməd, Paşayeva Cəmilə, Ulanova Daniella, Novruzova Minayə, Əjdərov Eldar, Allahverdiyev Murad, Quliyev Əlimirzə, Hüseynli Əli, Ağazadə Mirmömin, Camalova Aydan, Rəfixanova Alina, Eyvazova Ülviyyə, Mədətov Kamil, Novruzlu Mürtəza, Quliyeva Aylin, Əliyev Osman, Əhədzadə Mirsəyid, Zəkərəyeva Mədinə, Manafzadə Əliheydər qaliblər sırasında yer alıblar.

Zəfər kubokunun təşkilində əsas məqsəd zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü naminə canından keçmiş şəhidlərimizin əziz xatirəsi əbədiləşdirmək, idmançılarda yarış təcrübəsi və ustalığı inkişaf etdirmək, həmçinin atıcılıq idman növünü gənclər arasında təbliğ etmək və ölkə üzrə kütləviliyini artırmaqdır.

Həmin kateqoriyadan