Zaur Həşimov: Zədəlilərin artması komandaya öz təsirini göstərir

“Zirə” yoxlama oyununda “Qəbələ”yə 1:2 uduzub. Allsport.az saytının məlumatına görə, görüşdən sonra yenik tərəfin baş məşqçisi Zaur Həşimov bunu deyib:

“Küləkli hava hər 2 komandanın oyununa mane olurdu. Cəmi iki məşqə çıxmışıq, ilk oyunumuz idi. Heç taktiki məşqimiz də olmayıb ki, istədiklərimizi futbolçulara aşılaya bilək. Ona görə də qeydə alınan hesabı normal qarşılayıram.

Bəzi dəyişiklikləri həyata keçirmək üçün vaxta ehtiyacımız var. Daha əvvəl komandada 2 zədəli futbolçu var idi, “Qəbələ” ilə premyer liqa oyununda daha 3 futbolçumuz zədələnib, bu da komandaya öz təsirini göstərir.

Həmin kateqoriyadan