- Baxış sayı: 72
- 18 Sentyabr 2026 13:44
- Baxış sayı: 155
- Sentyabr 23, 2026
- 0

“İnter”in baş məşqçisi Zaur Svanadze ölkə kubokunun yarımfinal mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyundan sonra KİV-ə danışıb. Allsport.az saytı xəbər verir ki, paytaxt klubunun gürcü çalışdırıcısı 0:4 hesablı məğlubiyyətdən sonra bunları söyləyib:
“0:4 hesablı məğlubiyyətdən sonra nəyi şərh etmək olar? Əslində, ikinci qola qədər normal oynayırdıq. Amma ondan sonra hər şey dəyişdi. Qarşıda vacib çempionat oyunlarımız var. Həmin oyunlara hazırlaşacağıq”.