“Zirə” Antalyada 3 yoxlama oyunu keçirəcək

Futbol üzrə Topaz Premyer Liqasında qış fasiləsinə üçüncü yerdə çıxan “Zirə”nin hazırlıq planı məlum olub. Allsport.az xəbər verir ki, komanda yanvar ayının 5-də Bakıda bir araya gələcək.

4 gün Zirə İdman Kompleksində gündə bir dəfə olmaqla məşq edəcək komanda təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək. Qardaş ölkədəki hazılıq mərhələsinin ilk həftəsində komanda fiziki hazırlıq üzərində çalışacaq.

Növbəti həftədə isə baş məşqçi Adil Şükürov ümumi texniki-taktiki hazırlığa üstünlük verəcək və komanda yoxlama oyunlarında qüvvəsini sınayacaq. Antalyada “Zirə” 3 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 16, 19 və 22 yanvarda baş tutacaq. Rəqiblərin adı isə yaxın günlərdə məlum olacaq.

Bu arada qarşılıqlı razılığa əsasən müdafiəçi Eltun Hüseynov komanda ilə yollarını ayırıb.

Həmin kateqoriyadan