“Zirə” Rihayro ilə yollarını ayırdı

Topaz Premyer Liqasının iki dövrəsindən sonra 3-cü pillədə qərarlaşan “Zirə” bu gün məşqlərə start verib. Allsport.az xəbər verir ki, komanda hazırlığın ilk mərhələsini Bakıda keçirəcək.

Baş məşqçi Adil Şükürovun rəhbərliyi ilə futbolçular Zirə İdman Kompleksinin stadionunda gündə bir dəfə olmaqla məşq edəcək və yanvarın 9-da komanda Türkiyəyə yola düşəcək.

Bu arada, “Zirə” daha bir futbolçu ilə yollarını ayırıb. Rihayro Mulenslə müqavilə qarşılıqlı razılığa əsasən pozulub.

Həmin kateqoriyadan