“Zirə”nin fəxri prezidenti komanda ilə görüşüb

Bu gün “Zirə”nin fəxri prezidenti Orxan Məmmədov komanda ilə görüşərək yeni baş məşqçi Zaur Həşimovu onlara təqdim edib. Allsport.az saytı xəbər verir ki, o, daha əvvəl də “Zirə”də çalışdığını və onun məşqçilik bacarığına bələd olduğunu deyərək mütəxəssisə inamını ifadə edib.

İş adamı həmçinin, komandanın futbolçu heyətinin də yüksək nəticələr qazanmaq üçün yetərli imkanlarının olduğunu deyib. Orxan Məmmədov həm yeni baş məşqçiyə, həm də ümumilikdə komandaya uğurlar arzulayaraq həmişə olduğu kimi onlara dəstəyini əsirgəməyəcəyini də əlavə edib.

Sonra çıxış edən Zaur Həşimov ona etimad göstərdiyinə görə fəxri prezidentə təşəkkür edib və bu etimadı doğrultmağa çalışacağını deyib.

Həmin kateqoriyadan