- Baxış sayı: 24
- 09 Noyabr 2026 22:53
- Baxış sayı: 195
- Noyabr 09, 2026
- 0

“Zirə”nin yeni baş məşqçisi məlum olub.
Allsport.az xəbər verir ki, komandanı Zaur Həşimov çalışdıracaq. Bu gün klub rəhbərliyi ilə mütəxəssis arasında görüş keçirilib və razılıq əldə olunub. O bu vəzifədə dünən istefaya göndərilən Samir Abbasovu əvəzləyib.
Zaur Həşimovla mövsümün sonuna qədər müqavilə imzalanıb. Yeni baş məşqçi artıq sabahdan işinə başlayacaq.
Qeyd edək ki, o, 2016-cı ilin iyunundan 2017-ci ilin dekabrına qədər “Zirə”də əsas komandanın məşqçilər korpusunda yer alıb. Bundan əvvəl “Qəbələ”də köməkçi məşqçi kimi işləyirdi.