“Əsas problemimiz komanda şəklində verilən tapşırıqları yerinə yetirməklə bağlıdır”

Millinin futzalçısı Ramiz Çovdarov açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, yığmanın təlim-məşq toplanışı haqqında danışıb:

“Yanvarın 10-dan təlim-məşq toplanışına yığışmışıq. Əslində isə məşqləri yanvarın 5-dən bərpa etmişik. Sadəcə, həmin vaxtdan Bakıda olan oyunçular hazırlıq prosesində iştirak edirdi. Plan üzrə hazırlıqlarımız davam edir.

Bəzən gün ərzində 1, bəzən isə 2 məşq keçirik. Əsas problemimiz komanda şəklində verilən tapşırıqları yerinə yetirməklə bağlıdır. Çünki bir neçə futzalçımız fərqli klublarda və üslubda oynayırlar. Qalır onların baş məşqçinin verdiklərini meydanda icra etməsi”.

Həmin kateqoriyadan